Birləşmiş Ştatlar və Birləşmiş Ərəb Əmirlikləri raketlərdən müdafiə sisteminin satışına dair müqavilə imzalayıb. Pentaqonun cümə günü açıqladığı bəyanatda deyilir ki, ABŞ-ın Lokhed Martin (Lockheed Martin) şirkəti Birləşmiş Ərəb Əmirliklərini raketlərdən müdafiə sistemi ilə təchiz etmək üçün 2 milyard dollarlıq müqavilə üzrə tenderin qalibi olub. Müdafiə nazirliyinin rəsmiləri bildirir ki, razılaşmada ümumi dəyəri əlavə avadanlığın ayrılması, habelə təlim və dəstək proqramları da nəzərdə tutulub. Beləliklə, paketin ümumi dəyəri rəsmilərin bildirdiyinə görə 3,48 milyard dollar çatır. Raketlərdən müdafiə sisteminin yeniləşdirilməsi ABŞ prezidenti Barak Obama administrasiyasının İranın ballistik raket arsenalını genişləndirməsinə cavab olaraq Yaxın Şərqdə müttəfiqlərin müdafiə qabiliyyətinin artırılması səylərinin bir hissəsini təşkil edir. Tehranın bu həftə Qərb İranın neft ixracatına sanksiyalar tətbiq etdiyi halda, İran körfəzində neftin nəqlinin əsas marşrutu olan Hörmüz boğazını bağlaya biləcəyilə hədələməsi gərginliyinin artmasına səbəb olmuşdur.