Konqres Cekson-Venik düzəlişini ləğv edib

Yeni qanun layihəsində ABŞ və Rusiya arasında ticarət əlaqələrinin normallaşması, eyni zamanda insan hüquqlarını pozan Rusiya rəsmilərinin cəzalandırılması nəzərdə tutulur
ABŞ Konqresinin Nümayəndələr Palatası Birləşmiş Ştatlarla Rusiya arsında ticarət münasibətlərinin daha yüksək səviyyəyə çıxarmağı, lakin eyni zamanda, Rusiya rəsmilərinin insan hüquqları pozuntularına görə cəsalandırılmasını nəzərdə tutan qanun layəsini təsdiq edib.

Cümə günü 365 lehinə, 43 əleyhinə səslə təsdiq edilmiş qanun layihəsi əvvəlcə Senatda səsə qoyulmalı, sonra isə ABŞ prezidenti Barak Obama tərəfindən imzalanmalıdır.

Nümayəndələr Palatasında qəbul edilmiş sənəddə iki qanun layihəsini əhatə edir. Bunlardan birincisi soyuq müharibə dövründə qəbul edilmiş və Cekson-Venik adı ilə tanınan düzəlişi ləğv edərək, Rusiya ilə ticarət əlaqələrinin daimi olaraq normallaşmasını nəzərdə tutur. Rusiya məhsullarına daha güzəştli Amerika tariflərinin qoyulmasını nəzərdə tutaan Cekson-Venik düzəlişi 1974-cü ildə Sovet İttifaqında insan hüquqlarının durumu, xüsusilə də yəhudilərin ölkədən xaricə mühacirət edə bilməsi məsələsi ilə əlaqədar olaraq qəbul edilmişdi.

Konqres Amerika şirkətləri üçün bu yaxınlarda Ümumdünya Ticarət Təşkilatına üzv olan Rusiyanın bazarlarında ticarət məhdudiyyətlərini aradan qaldıracaq.

Cümə günü qəbul edilmiş qanunun ikinci hissəsində Rusiyada insan hüquqlarını pozan rəsmilərə vizaların verilməsinə qadağa qoyulmasını və onların ABŞ banklarındakı hesablarının dondurulmasını nəzərdə tutur. Qanun layihəsinə Rusiyada həbsxanada ölmüş vəkil Sergey Maqnitskinin adı verilib. Səsvermə Maqnitskinin ölümünün üçüncü ildönümü keçirilib və Rusiyada onun həbsi və ölümülə əlaqəsi olan şəxslərin cəzalandırılmasını nəzərdə tutur.

Rusiya insan hüquqlarına dair qanun layihəsinin təsdiq edildiyi təqdirdə buna sərt cavab veriləcəyi ilə xəbərdarlıq edib. Rusiya Xarici İşlər nazirinin sözçüsü Aleksandr Lukaşeviç qanun layihəsinin ABŞ-Rusiya münasibətlərinə mənfi təsiri olacağını deyib.