ABŞ Dövlət Departamenti Rusiyanın Ukraynadakı münaqişənin diplomatik yolla həllinə hazır olmadığını bildirib.
Bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller Ukrayna ilə bağlı Səudiyyə Ərəbistanında keçiriləcək sammitin Rusiyanın iştirakının olmamasının hər hansı məna kəsb edib-etməməsi ilə bağlı sualı cavablandırarkən deyib.
"Təəssüf ki, Rusiya bu müharibə başlayanda, hətta hələ başlamazdan əvvəl əvvəl də diplomatik həllə hazır deyildi," Miller bildirib.
"Biz Birləşmiş Ştatlar adından açıq şəkildə bildirdik ki, hətta müharibə başlamazdan əvvəl də istənilən qanuni təhlükəsizlik narahatlığını müzakirə etməyə hazırıq. Ukrayna eyni şeyi edə biləcəyini açıq şəkildə bildirdi. Rusiya heç vaxt ciddi və mənalı danışıqlara getmədi," o, əlavə edib.
Səudiyyə Ərəbistanında baş tutacaq danışıqlara gəlincə, Millerin sözlərinə görə, ABŞ "dünya ölkələri Ukraynada baş verən dəhşətləri birbaşa Ukraynadan öyrənməsini vacib hesab edir".
Miller deyib ki, insanlar "mülki əhaliyə hücumlar, məktəblərə, xəstəxanalara, yaşayış binalarına və mülki infrastruktura hücumlar barədə" eşitməlidir. Onlar Rusiyanın Ukraynanın ərazi bütövlüyünü, suverenliyini necə pozduğunu eşitməlidirlər”.
"Beləliklə, əgər Rusiya nə vaxtsa konstruktiv diplomatiya ilə məşğul olmaq istəyərsə, mən Ukrayna prezidentinin adından danışmaq istəmirəm, amma o, belə bir mövzuda onlarla əlaqə saxlamağa hazır olduğunu bildirib," Miller deyib.