Bayden: Rusiyanın Ukraynaya müdaxiləsi böyük ehtimal olaraq qalır
Your browser doesn’t support HTML5
Prezident Co Bayden Amerika və Rusiya xalqlarına müraciət edərək, Ukraynaya potensial müdaxilənin riskləri barədə danışıb. ABŞ prezidenti deyib ki, əgər Rusiya prezidenti Vladimir Putin qonşu ölkəyə müdaxilə etsə, bu, “lazımsız ölüm və dağıntılar” gətirəcək seçim nəticəsində başlamış müharibə olacaq.