ABŞ Rusiyada baş verənlərlə bağlı reaksiyalarında ehtiyatlı davranıb

Your browser doesn’t support HTML5

ABŞ Rusiyada baş verənlərlə bağlı reaksiyalarında ehtiyatlı davranıb

ABŞ Prezidenti Co Bayden və Dövlət katibi Antoni Blinken şənbə günü Rusiyada baş verən silahlı qiyamın Vladimir Putinin Ukraynadakı müharibəni açıq-aşkar uduzduğunu göstərdiyini və Putinin müharibəyə başladığı zamanki böyük ambisiyaları ilə ordusunun hazırkı vəziyyəti arasında kəskin ziddiyyət olduğunu vurğulayır.

Birləşmiş Ştatlar şənbə günü Rusiyada baş verən hadisələrə, muzdlu "Vaqner" qruplaşmasının əsas hərbi obyektlərə nəzarəti ələ keçirməsi və onun lideri Yevgeni Priqojinin üsyanı qəfilətən dayandırana qədər Rusiyanın yüksək səviyyəli hərbi liderlərini devirmək üçün Moskvaya doğru irəliləməsi ilə bağlı reaksiyalarında ehtiyatlı davranıb.

Prezident Co Bayden Rusiya prezidenti Vladimir Putinin silahlı üsyan nəticəsində nə qədər zəiflədiyi barədə danışmağın hələ tez olduğunu desə də, onun Ukraynadakı müharibəni açıq şəkildə uduzduğunu bildirib. "O, evindəki müharibəni uduzub və həm də bütün dünyada bir az sıxışdırılıb. Bu, təkcə NATO deyil, təkcə Avropa Birliyi deyil, bu Yaponiyadır, 40 dövlətdir".

Dövlət katibi Antoni Blinken bununla razılaşaraq, Putinin müharibəyə başladığı zamanın ambisiyaları ilə bu gün harada olduğu arasında kəskin ziddiyyətə işarə edib. "16 ay əvvəl Kyivin ətraflarında rus qoşunlarının olduğu yerdən getməyimiz həqiqətən qeyri-adi haldır. Həftə sonu Rusiyanın paytaxtı Moskvaya doğru hərəkət edən qüvvələriniz olduğu yerə. Putinin öz istehsalı olan muzdlular. Bu, müəyyən mənada Ukraynaya qarşı bu təcavüzün bütün cəbhələrdə Putin üçün nə qədər uğursuz olduğunu göstərir."

Analitiklərdən biri Amerikanın Səsinə deyib ki, Priqojin Putinin nüfuzunu sarsıtdığı üçün indi o, güc nümayiş etdirməyə çalışır. Hiter Eşbi: "Bu, bəzi hökumət strukturlarının nə qədər zəif olduğunu nümayiş etdirdi. Çünki Priqojinin gördüyü işlərə qarşı ciddi hərbi müqavimət yox idi. Daha çox insanların əllərini yuxarı qaldırması və bunun müəyyən dərəcədə baş verməsinə imkan verməsi oldu".

Eşbi Bayden və Blinkenin Putinin Ukraynaya müdaxiləsinin Rusiyaya zərbə olduğu fikri ilə razılaşır. "Bu, Rusiya dövləti, Rusiya hökuməti üçün strateji fəlakət oldu. Bu, təkcə ukraynalılara qarşı bu mənasız müharibədə həlak olanların deyil, həm də bütün rusların gələcək nəslini mahiyyətcə məhv etdi" = deyə, Hiter Eşbi bildirib.

Priqojin Belarusa Putinin müttəfiqi olan prezident Aleksandr Lukaşenkonun dəvəti ilə gedib. Lukaşenko keçən şənbə günü "Vaqner" qrupunun Moskvaya doğru irəliləməsinin qisasını almaq istəyən Rusiya liderinin Priqojini öldürməkdən çəkindirməli olduğunu iddia edib.