Floridada Respublikaçıların qurultayında senator Makkeyn və keçmiş dövlət katibi Kondoliza Rays çıxış ediblər
Respublikaçılar partiyasının Floridada Tampa şəhərində keçirilən qurultayında ABŞ prezidenti Barak Obamanın xarici siyasət kursu kəskin tənqid edilib.
2008-ci ildə prezident Obamanın seçkilərdə məğlub etdiyi senator Con Makkeyn qurultaya toplaşan nümayəndələr qarşısında çıxışında deyib ki, ABŞ prezidenti dəfələrlə dünya ölkələrində müttəfiqlər, eyni zamanda tiranlar və diktatorlara qarşı çıxan insanlara dəstək göstərə bilməyib.
“İranlılar repressiv hakimlərinə qarşı çıxış edəndə, bizim prezidentə ingilis dilində “Siz bizimləsiniz, yoxsa onlarla?” deyə müraciət edəndə, Neda adlı gənc qız Tehran küçələrində vurulub bütün dünyanın gözü qarşısında qan içində öləndə prezident tarixi bir fürsəti əldən verərək, İranı Yaxın Şərqi qorxu içində saxlayan və bütün dünya üçün təhlükə yaradan diktatura rejimindən xilas etmək kimi ən yüksək maraqlarımızdan birini bölüşən İran inqilabına Amerikanın mənəvi dəstəyini verməmişdir”-deyə senator Makkeyn bildirib.
Con Makkeyn eyni zamanda cənab Obamanı Suriya müxalifətinə dəstək verə bilməmək, habelə Rusiya və Çin kimi ölkələrin ABŞ-ın xarici siyasət kursuna təsir göstərmək imkanı verməkdə günahlandırmışdır.
ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays da qurultayda çıxışında senator Makkeynin hisslərini bölüşmüşdür. Prezident Obamanın adını birbaşa qeyd etməsə də, xanım Rays deyib ki, Amerika irəlidə getmək imkanından geri çəkilməməlidir.
“Bizim dostlarımız və müttəfiqlərimiz bizə yenidən etibar etməlidir. Onlar bizim etibarlı, səbatlı və qətiyyətli olduğumuzu bilməlidir. Düşmənlərimiz isə bizim qətiyyətimizə şübhə etməməlidir”-deyə o bildirib.
Kondoliza Raysın sözlərinə görə, Mitt Romni Amerikaya qlobal üstünlüyü qaytara bilərək, ölkəni irəliyə apara biləcək baxışlara malik siyasətçidir.