ABŞ-da radiasiyaya məruz qalmış balıq aşkar edib

  • Amerikanın səsi

Alimlər ABŞ-ın Sakit Okeanı sahilində bu yaxınlarda ovlanmış mavi üzgəcli tuna balığının Yaponiyada 11000 kilometrlik məsafədə nüvə obyektindən yayılmış radiasiyaya məruz qaldığını deyib.

Alimlər balıqda aşkar edilən radioaktiv sezium maddəsinin səviyyəsinin əvvəlki illərdə tutulmuş balıqlardan 10 dəfə çox olduğunu deyir. Buna baxmayaraq alimlər balığın yemək üçün yararlı olduğunu deyib.

Elmi araşdırmalar ilk dəfə olaraq köçəri su heyvanlarının radioaktiv materialları uzaq məsafəyə apara biləcəyini göstərib.

Alimlər indi dəniz tısbağası, köpək balığı və dəniz quşları kimi başqa cinslərin də araşdırılacağını bildirib.