Texas ştatının qubernatoru Rik Perri ABŞ prezident seçkilərində Respublikaçılar partiyasından namizədlik uğrunda yarışlardan çıxıb. Rik Perri seçki kampaniyasını Cənubi Karolina ştatında ilkin seçkilərdən iki gün əvvəl dayandırıb.
Texas ştatının qubernatoru ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nyüt Ginqriçə dəstəyini bildirib. İlkin seçkilərdən əvvəl keçirilmiş rəy sorğuları Rik Perrinin Cənubi Karolinada beş əsas rəqibi arasında olduğunu göstərirdi. Lakin Perrinin Ginqriçə dəstəyi onun respublikaçı namizədlər arasında favorit olan Massaçusets ştatının keçmiş qubernatoru Mit Romnini ötə bilməsinə gətirib çıxara bilər.
Bəzi respublikaçılar Mit Romninin ideoloji baxımdan kifayət qədər mühafizəkar olmadığını hesab edir.
Cənubi Karolinada rəy sorğuları Ginqriçin ABŞ-da bir çox təhlilçinin Respublikaçılar partiyasının prezident seçkilərində rəsmi namizədi olacağını düşünən Romniyə yaxınlaşdığını göstərir.