Polis Kapitoli binası qarşısında keçirilən qanunsuz etiraz aksiyasının qarşısını alıb

Polis Qəzza zolağında atəşkəs tələbi ilə Vaşinqtondakı Demokrat Partiyasının Milli Komitəsinin qərargahı qarşısında toplaşan etirazçıları dağıtmaq üçün bibər qazından istifadə edib və həbslər həyata keçirib.

Üç insan haqları təşkilatı tərəfindən təşkil edilən nümayiş ABŞ-ın Kapitoli binası yaxınlığında keçirilib.

Kapitoli polisinin bildirdiyinə görə, əməkdaşları “qanunsuz və zorakılıqla etiraz edən təxminən 150 nəfəri dağıtmağa” cəhd edib.

Polis insanlara ərazidən uzaq durmağı tövsiyə edib.

Sosial mediada yayımlanan videoda polisin qara köynək geyinmiş nümayişçiləri geri itələdiyi əks olunub.