Deyvid Petreasın istefası ilə bağlı yeni detallar açıqlanır

Dörd ulduzlu generalın Paula Brodvellə münasibətləri onun ötən cümə günü vəzifəsindən getməsinə səbəb olub
ABŞ Müdafiə Nazirliyi Əfqanıstanda yüksək rütbəli Amerika komandanının Mərkəzi Kəşfiyyat Agentliyinin rəhbəri Deyvid Petreasın vəzifəsindən getməsinə gətirib çıxarmış qadınla bağlı qalmaqalla əlaqədar təhqiqat apardığını bildirib

Yüksək rütbəli müdafiə rəsmisi bu gün Pentaqonun general Con Allenlə Cill Kelli arasında 20 min səhifədən artıq elektron poçt yazışmalarını araşdırır. Rəsmilər yazışmaların məzmnunu barədə açıqlama verməyib.

Cill Kelli general Petreasın dostudur. O, Federal Tədqiqat Bürosuna Paula Brodveldən onun ünvanına gələn təhdid məzmunlu email mesajlarından sonra şikayət edib. General Petreasın Paula Brodvellə münasibətləri onun ötən cümə günü Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru vəzifəsindən getməsinə səbəb olub.

Federal Tədqiqat Bürosunun agentləri dünən axşam Brodvelin Şimali Karolinadakı evini axtarıb və evdən onlarla qutu və başqa əşyalar aparıb.

General Allen ittihamları rədd edib və təhqiqat başa çatanadək Əfqanıstanda ABŞ hərbi qüvvələrinin komandanı vəzifəsində qalmağa davam edəcəyini deyib.