Prezident Obama neft axınını dayandırmaq səylərini izah etmək üçün Amerika xalqına müraciət etməyə hazırlaşır

ABŞ prezidenti Barak Obama hökumətin kütləvi neft axınını dayandırmaq üçün planlarını bu gün axşam Amerika xalqına xüsusi müraciət zamanı çatdırmazdan əvvəl körfəz regionunda vəziyyətlə tanış olmağa davam edir.

Bu, ABŞ prezidentinin Ağ evdə Oval ofisdən ilk müraciət çıxışı olacaq. Prezident müraciəti Florida ştatından qayıtdıqdan sonra edəcək.

57 gündür dənizin dibindən suya axan neft artıq bu ştatın sahillərinə də yayılıb. Ağ Evin mətbuat katibi deyib ki, cənab Obama administrasiyasının neftin axmasının qarşısının alınması prosesini sürətləndirməsi planlarını açıqlayacaq.

Bu arada, BP, Shell, ExxonMobil və Chevron şirkətlərinin icraçı direktorları bu gün Konqresin heyəti qarşısında üç gün ərzində neft axının;n yaratdığı böhran və ofşor qazma işləri barədə ifadə verməyə başlayıblar.