Prezident Obama neft sızmasının təsirinə məruz qalmış bölgədə insanlara kömək etməyə söz verib

Cənab Obama həftəlik radio müraciəti zamanı ABŞ hökumətinin sahil bölgəsinə zərər vurmuş milyonlarla litr neftin təmizlənməsi səylərini izah edib

ABŞ prezidenti Barak Obama deyib ki, Meksika körfəzində neft axını nəticəsində yaranmış böhranın nəticələri aradan qaldırılana kimi onun təsirinə məruz qalmış amerikalılarla birgə iş görəcək.

Cənab Obama həftəlik radio müraciəti zamanı ABŞ hökumətinin sahil bölgəsinə zərər vurmuş milyonlarla litr neftin təmizlənməsi səylərini izah edib.

O bu şərhləri BP-nin dənizin dibindəki quyudan neftin axmasını dayandırmaq səyləri ilə tanış olmaq məqsədilə cümə günü Luiziana ştatına səfər etdikdən sonra verir. Cənab Obama deyib ki, BP-nin quyunun ağzına qapaq qoymasından sonra neftin körfəzə axması deyil, onun suyun üzərində tankerlərə çatdırılması işində inkişaf müşahidə olunur.

BP bildirir ki, şirkət hazırda hər gün quyudan axan təxminən 19000 barrel neftin min barreli toplaya bilir.