ABŞ hərbi qüvvələri Yaxın Şərq və Mərkəzi Asiyada gizli hərbi əməliyyatları genişləndirir

Mətbuat xəbərlərində deyilir ki, ABŞ-ın Mərkəzi Komandanlığının başçısı general Deyvid Petreas keçən ilin sentyabr ayında Birləşmiş Ştatların Xüsusi Əməliyyat qüvvələrinin İran, Səudiyyə Ərəbistanı, Yəmən və Somali da daxil olmaqla dost və düşmən ölkələrə göndərilməsi haqda gizli direktivə imza atıb

ABŞ mətbuatının verdiyi məlumata görə, Birləşmiş Ştatların hərbi qüvvələri terrorçu qrupları məhv etmək məqsədilə Yaxın Şərq, Afrika burnu və Mərkəzi Asiyada gizli əməliyyatların genişləndirilməsi haqda qərar verib.

Mətbuat xəbərlərində deyilir ki, ABŞ-ın Mərkəzi Komandanlığının başçısı general Deyvid Petreas keçən ilin sentyabr ayında Birləşmiş Ştatların Xüsusi Əməliyyat qüvvələrinin İran, Səudiyyə Ərəbistanı, Yəmən və Somali da daxil olmaqla dost və düşmən ölkələrə göndərilməsi haqda gizli direktivə imza atıb.

Bu haqda ilk dəfə Nyu Yotk Times qəzeti xəbər verib. Qəzet yazır ki, bununla nüvə proqramı ilə bağlı gərginliklər artsa, İrana qarşı hərbi hücumun həyata keçirilməsinə kömək məqsədilə kəşfiyyat əməliyyatlarına imkan verilir.

ABŞ Müdafiə nazirliyinin rəsmiləri Nyu Yotk Times-a bildiriblər ki, bu, əvvəlki administiyanın dövründə olduğundan daha sistemli və uzun müddətli gizli əməliyyatların həyata keçirilməsinə imkan yaradır.