Amerikada narkotik maddələrdən istifadəyə görə ölüm halları son 10 ildə 50 faiz artıb

Birləşmiş Ştatlar “Narkotiklərlə Mübarizə İdarəsi”nin illlik hesabatında deyilir ki, Heroin və resept dərmanlar səbəbindən ölüm halları avtomobil qəzaları və odlu silahlarla ölüm halları ilə müqayisədə xeyli yüksəkdir.

Hesabatda 2013-cü ildə narkotik maddələrdən yüksək dozada istifadə edilməsi ölənlərin 46 471 insan həyatına son qoyub. Elə həmin il avtomobil qəzası 35 369 nəfər, odlu silahlar səbəbindən 33 636 nəfər ölüb.

Narkotik maddələrdən yüksək səviyyədə istifadəyə görə ölüm halları son 10 ildə 50 faiz yüksəlib. Heroinə tələbat Birləşmiş Ştatların əsasən orta-qərb və şimal-şərq bölgələrində son illər xeyli artıb. “Narkotiklərlə Mübarizə İdarəsi” 2007-ci ildən bəri ölkənin Sakit Okeanı və Böyük Göllər regionunda da tələbatın üç dəfə artdığını bildirib.

Ölkədə birnömrəli problem olan Heroindən sonra Metamfetamin preparatı gəlir. “Narkotiklərlə Mübarizə İdarəsi”nın hesabatında bu preparatın 2014-cü ildən bəri ikinci yerdə olduğunu deyilir.

Hesabatda eləcə də, Heroin, Tiryək və Methamfetamindən savayı 2002-ci ildən bəri insanların reseptlə yazılan preparatlardan asılılıq səbəbi ilə ölənlərin sayının artdığı bildirilib. Hesabatda o da qeyd edilib ki, tiryəkdən istifadə edənlərin sayı azalıb.

“Narkotiklərlə Mübarizə İdarəsi”ndən Çak Rozenberq ölkədə Marihuananın qanuniləşməsi hərəkatına qarşı olduğunu bildirib. ABŞ-ın 20-dən çox ştatında Marihuanadan tibbi məqsədlə istifadəyə icazə verilir. 6 ştatda Maruhuanadan əyləncə üçün istifadə edilməsinə dair gələn il referendum keçirilməlidir.