Arizonada silahlı hücumun qurbanlarınn xatirəsi bir dəqiqəlik sükutla anıldı

  • Amerikanın səsi

Arizonada silahlı hücumun qurbanlarınn xatirəsi bir dəqiqəlik sükutla anıldı

ABŞ prezidenti Barak Obama Arizona ştatında altı nəfərin ölümü və Konqresin bir üzvünün ağır yaralandığı silahlı hücumdan sonra bu gün bir dəqiqəlik sükut elan edib. Prezident və onun xanımı Mişel Obama yerli vaxtla səhər saat11-də Ağ Evdə bir dəqiqəlik sükutla hadisə qurbanlarının xatirəsini anıb. Silahlı hücum Arizona ştatının Tuson şəhərində baş verib. Konqresin qadın nümayəndəsi Qabriyel Giffords başından güllə yarası aldıqdan sonra əməliyyat keçirib. Həkimlər onun vəziyyətinin hələ də ağır olduğunu bildirir, lakin onun sağalması ilə bağlı ehtiyatlı nikbinlik ifadə edirlər.