ABŞ Salvador vətəndaşlarının müvəqqəti müdafiə proqramının başa çatdıralacağını bildirib

Birləşmiş Ştatlar hökuməti ölkədə 20 ilə yaxındır Amerikada yaşayan 262 mindən çox Salvador vətəndaşının müvəqqəti müdafiə proqramının başa çatacağını bildirib.

Salvador vətəndaşlarının 2001-ci ildə ölkədə baş verən şiddətli zəlzələdən sonra qüvvəyə minən “Müvəqqəti Müdafiə Statusu” 2019-cu ilin sentyabrında başa çatır.

Bu qərar Birləşmiş Ştatlarda sənədsiz yaşayan salvadorluları deportasiya qarşısında qoyacaq.

Salvadorun xarici işlər naziri salvadorluların deportasiyasına yol aça biləcək “Müvəqqəti Müdafiə Statusu” barədə Konqresin potensial bir həll yolu tapması üçün Birləşmiş Ştatlar rəsmiləri ilə danışıqlar aparılacağına söz verib.

ABŞ prezidenti Donald Tramp immiqrasiya məsələsini müzakirə etmək üçün ölkənin hər iki partiyadan olan senatorlarla görüşəcək.

Salvadorlular “Müvəqqəti Müdafiə Statusu” na daxil olan ən böyük və Tramp administrasiyasının proqramda ixtisarların təsirinə məruz qalan sonuncu qrupdur.