ABŞ və Cənubi Koreya hərbi təlimlərə hazırlaşır

Gələn ay Birləşmiş Ştatlarla Cənubi Koreya hava qüvvələrinin irimiqyaslı təlimini keçirəcək. Hər iki ölkə rəsmiləri bunu noyabrın 24-də deyib.

Dekabrın 4-8-mə planlaşdırılan təlim əslində, rutin sayılsa da, Şimali Koreyanın nüvə proqramı sarıdan gərginliyin artması ilə eyni vaxta düşür.

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Jonq Un rejimiylə açıq söz savaşına çıxaraq bildirib ki, Pxenyanın təcridi üçün “maksimum təzyiq kampaniyası” aparılır.

Birləşmiş Ştatların 7-ci Hava Qüvvəsi bildirib ki, 12 minlik ABŞ hərbçisi Cənubi Koreya əsgərləri ilə birlikdə təlimə qatılacaq. Səkkiz hərbi obyekt üzərində 230 təyyarə uçacaq.

Şimali Koreya adətən, belə təlimləri pisləyir, onları müharibəyə hazırlıq cəhdi adlandırır.

Pxenyan bu il bir neçə raket sınağı keçirib, qitələrarası ballistik raketlər də bu sıradadır. Şimali Koreya sentyabrda termonüvə silahlını da sınaqdan çıxardığını bildirib.