Birləşmiş Ştatların müdafiə naziri Eşton Karter bu gün Tokioda yaponiyalı həmkarı ilə görüşərək, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı danışıqlar aparıb.
Yaponiyaya 3 günlük səfərinin birinci günü Karter Vaşinqtonla Tokio arasında müdafiə qaydaları müzakirə edib.
Səfərin məqsədi iki ölkə arasında uzunmüddətli hərbi əməkdaşlıqla bağlı Ağ Evin Asiyadakı prioritetlərinə bir də nəzər salmaqdır.
Yaponiyanın müdafiə naziri, general Nakatani ilə söhbəti zamanı cənab Karter müdafiə əməkdaşlığını tarazlaşdırmaq üçün növbəti mərhələyə nəzər salmağın vacibliyini vurğulayıb.