Bayden "İranı azad edəcəyinə" söz verib

Co Bayden

ABŞ prezidenti Co Bayden ABŞ-ın tezliklə “İranı azad edəcəyini” deyib və əlavə edib ki, bu ölkənin xalqı “özlərini azad edəcək”.

Ağ Evin rəhbəri Kaliforniyada Demokratlar Partiyasından olan yerli namizədi dəstəkləyən kampaniya tədbirində çıxış edib.

"Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə özlərini azad edəcəklər" - deyə, Bayden bildirib.

Prezident təfərrüatları açıqlamayıb.

Sentyabrın 16-da həyatını itirən 22 yaşlı Məhsa Əmininin dəfn mərasimindən sonra İranda iğtişaşlar bir aydan artıqdır ki, səngimir. Rəsmi versiyaya görə, polis Əminini uyğun olmayan şəkildə hicab taxdığına görə saxlayıb.