Prezident Co Bayden ABŞ-ın cənub-şərqinə zərər vuran "Helen" qasırğasından bir neçə gün sonra Florida ştatına doğru irəliləyən "Milton" qasırğasına hazırlıqlara nəzarət etmək üçün çərşənbə axşamı Almaniya və Anqolaya planlaşdırdığı səfərini təxirə salıb. Amerikanın Səsinin Ağ Evin Bürosunun rəhbəri Patsi Vidakusvaranın bu barədə məlumatı verir.
"Helen" qasırğasının ABŞ-ın cənub-şərq ştatını vurmasından iki həftə keçməmiş Florida sakinləri "Milton" qasırğasına hazırlaşır. Florida sakini Ancela Rivyera: "Qorxuram. Pisdir, çox qorxuram. Təxliyə edirik. Mehmanxananı çox uzaqda tapmalı olduq".
Florida sakini Metyu Betta: "Bu, şübhəsiz ki, olduqca qorxuludur. Burada yaşadığım bütün illər şübhəsiz ki, indiyə qədər yaşadığımız ən qorxulu, ən güclü qasırğadır."
Çərşənbə axşamı 5-ci kateqoriyadan 4-cü kateqoriyaya enən "Milton"nun sakinlərin "Helen" qasırğası zamanı yaşadıqlarından qat-qat güclü fırtına dalğası ilə çərşənbə gecəsi quruya çıxacağı proqnozlaşdırılır.
Prezident Co Bayden fəlakətə hazırlıq tədbirlərinə nəzarət edə bilmək üçün cümə axşamı planlaşdırılan Almaniya və Anqolaya səfərini təxirə salıb. Prezident Co Bayden: "Florida qubernatoru əməkdaşlıq edir. O, lazım olan hər şeyi aldığını söylədi. Dünən onunla yenidən danışdım və dedim ki, "Siz əla iş görürsünüz. Hər şey yaxşı aparılır. Bunun üçün sizə təşəkkür edirik" və mən ona şəxsi telefon nömrəmi verdim".
Seçkilərə bir aydan az vaxt qalmış keçmiş prezident Donald Tramp federal hökumətin qasırğa qurbanlarına yardım etmək üçün az iş gördüyü barədə iddialar irəli sürüb.
Respublikaçı namizəd iddiaları Demokrat rəqibi, vitse-prezident Kamala Harrisə bağlamaqla siyasi üstünlük əldə etməyə çalışdı. Donald Tramp: "O və o biri yüz milyardlarla dollar göndərir. Onlar xarici ölkələrə yüz milyardlarla dollar göndərir. Və bilirsiz, bizim xalqa nə verirlər? 750 dollar."
Harris Trampı "dezinformasiya yaymaqda" ittiham etdi. "Bu, qeyri-adi məsuliyyətsizlikdir. Bu, onunla bağlıdır. Bu bizimlə bağlı deyil. Və reallıq budur ki, FEMA-nın (Fövqəladə Hallar üzrə Federal Agentlik) ehtiyacı olan insanlar üçün resursu çoxdur."
Siyasətçilər bir-birini tənqid edərkən, sahildə yaşayan floridalılar fırtına dalğası və daşqınlar barədə xəbərdarlıq edən qubernator Ron Desantis tərəfindən verilən evakuasiya çağırışlarına əməl edir. Florida Qubernatoru Ron Desantis: "Quruya çatmazdan əvvəl Florida ştatı üçün Milli Qvardiyamızın 8 min üzvü aktivləşdiriləcək. Artıq bizim 34 müxtəlif axtarış-xilasetmə təyyarəmiz var. Fırtınadan əvvəl heç vaxt bu qədər resursumuz olmayıb".
Daha əvvəl bildirilən gərginliklərə baxmayaraq, Respublikaçı Desantis Bayden administrasiyasından lazımi dəstək aldığını deyib.
Bu arada, "Milton" şərqə Floridaya doğru hərəkət edərkən, yağış və güclü küləklər çərşənbə axşamı Meksikanın Yukatan yarımadasını vurub.