2014-cü il hesabatı - Dünyada İnsan haqlarının durumu [Video]

Your browser doesn’t support HTML5

Birləşmiş Ştatlar hökumətinin 2014-cü il insan haqları ilə bağlı açıqladığı hesabatında əsas diqqət dünyadakı terrorçu qruplaşmalara, korrupsiyaya və yoxsul dövlətlərdə idarəetmə problemlərinə yönəlib. Bütün bunlarla yanaşı bəzi məsələlərdə irəliləyişlərin olduğu da deyilir.

İslam Dövləti kimi ekstremist qruplar, Misir kimi ölkələrdə repressiyalar və Ukraynanın şərqində olduğu kimi münaqişələr artmaqda davam edir. Sənədi təqdim edən Birləşmiş Ştatlar dövlət katibi Con Kerri 2014-cü ildə insan haqlarınının ən çox pozulduğu il olduğunu deyir. “Bu hesabatda sevindirici hal odur ki, bəzi ölkələrdə insanlar azaddırlar və onların haqları qorunur.”

YAXIN ŞƏRQ: Hesabatda İslam Dövləti kimi radikal qruplaşmaların İraq və Suriyada törətdikləri cinayətlər üzündən humanitar böhranlar və milyonlarla insanın didərgin düşməsi pislənir.

AFRİKA: Hökumətdə korrupsiya, zəif idarəetmə, Boko-Haram və Əl-Şəbab kimi qrupların fəliyyətinə imkan verildiyi deyilir. “Hokumətə inam itəndə, belə cinayətkar qüvvələr boşluğu doldurmağa çalışır.” deyə, Con Kerri bildirib.

AVROPA: Rusiya açıq mediaya, vətəndaş cəmiyyəti və müxalif səsləri susdurmaqda davam edir.

ASİYA: Çin və Taylandda vətəndaş azadlıqları boğulur.

LATIN AMERİKASI: Venesuela hokumətinin tənqidçiləri təqib edilir və həbsxanalara salınır.

İran, Eritriya, Efiopiya və Səudiyyə Ərəbistanında jurnalistlər, blogerlər və zorakılığı tənqid edənlər təqib edilir. ABŞ rəsmiləri vətəndaş cəmiyyətlərinə qarşı təzyiqlərin atdığı bir vaxt, bəzi nailiyyətlərin də qeydə alındığını bildirir.

“Bu, bir çox avtoritar hökumətlərə hədədir. Rusiya, Çin, Azərbaycan və Efiopiya kimi, dünyanın bir çox ölkəsində təzyiqlər fəallığın effektivliyini göstərir. Bu, dünyanı demokratik azadlıqlara ehtiram yoluna yönəldir." deyə, dövlət katibinin köməkçisi Tom Malinovski bildirir.

Dövlət katibi keçən il Birləşmiş Ştatlarda irqi zəmində baş qaldıran problemlərə görə üzr istəyib. Con Kerri problemli regionalarda insan haqlarının müdafiəsi yolunda dəyişiklik olacağına ümid bəslədiyini bildirib.