ABŞ ordusunda “Dondurulmuş Quru Plazma”dan yenidən istifadə edilməyə başlayıb [Video]

Your browser doesn’t support HTML5

Birləşmiş Ştatlar ordusunda istifadə edilmiş köhnə texnologiya özünün bəzi elementləri ilə geri qayıdır. Bu, II Dünya Müharibəsi zamanı müntəzəm olaraq istifadə edilən, lakin istifadəsi bu yaxınlara qədər dayandırılan “Dondurulmuş Quru Plazma”dır.

“Dondurulmuş Quru Plazma”dan Birləşmiş Ştatlar ordusu döyüş meydanlarında 1950-ci illərə qədər istifadə edib. Lakin Hepatit epidemiyası yayılmağa başlayanda bu üsuldan istifadəyə son qoyulub.

Bu texnologiyadan istifadəyə Birləşmiş Ştatların Hərbi Dniz Qüvvələri keçən ay yenidən başlayıb. General Son Keyn Tibb Korporasiyasının komandiridir. “Mən əminən ki, bu, Birləşmiş Ştatlar ordusunun azı bir əsgərinin həyatını qurtarıb. 2013-cü ildən bəri biz bundan təxminən 20 dəfə istifadə etmişik.”

Coşua Hargis Əfqanıstanda minaya düşərək hər iki ayağını itirib. Bu plazma onu 90 dəqiqədən çox, xəstəxanaya çatdırılana qədər həyatda saxlayıb. Teleflex şirkətindən Stiv Peneqor: “O, toz şəklində olduğu üçün biz onu yalnız su ilə qarşıdırmalıyıq. Bu, 25-30 dəqiqə əvəzinə 2-3 dəqiqə çəkir və istifadə üçün hazır olur.”

Hərbçilər bu plazmaları xaricdən alır, belə ki, Birləşmiş Ştatların Ərzaq və Dərman Administrasiyası hələ bu plazmanın istifadəsinə icazə verməyib. Lakin Birləşmiş Ştatların həbi qüvvələri digər şirkətlərlə birlikdə bu razılığı almağa çalışır.