Dünyanın ən zəngin insanları [Fotoqalereya]

Forbes jurnalında 2013-cü il dünyanın ən zəngin, 1426 milyarderin adı olan siyahı dərc edilib. Onların ümumi gəliri keçən il 4.6 trilyon olduğu halda, bu il bu rəqəm 5.4 trilyon dollara qalxıb.

Siyahıdan əsas faktlar:

Bu il siyahıya 27-si Birləşmiş Ştatlardan olmaqla, 42 ölkədən 210 yeni milyarderin adı əlavə edilib. Orta hesabla gəlir 3.7 milyarddan 3.8 milyarda qalxıb. Keçən il siyahıda yer almış 60 nəfərin adı çıxarılıb, 8 nəfər isə ölüb.

Asiya-Sakit Okean regionundan 29 nəfər, ABŞ-da isə 16 varlının adları siyahıdan çıxarılıb.

Siyahıdakı milyarderlərdən 961 öz gücünə pul qazanan, 184 miras sahibi, 281 isə miras sahibi olaraq, var-dövlətini sonradan artıranlardır.

Siyahıda eləcə də zənginlərin yaşları barədə söz açılır ki, Birləşmiş Ştatlarda zəngin insanlar orta hesabla 65-67 yaş arasındadırlar.

Ən çox milyarder Birləşmiş Ştatların payına düşür - 442, Bundan sonra Asia-Sakit okean bölgəsi - 386, Avropa 366, Yaxın Şərq və Afrika - 103.

Zəngin qadınların sayı 104-dən 138-ə qalxıb. Onlardan 50-i Birləşmiş Ştatlardan, 35-i Avropadan, 22-si isə Asiya-Sakit Okean bölgəsindədir.

Səudiyyə Ərəbistanında ən zəngin insan Əl-Rachi bankının sahibi, 23 övladı olan 93 yaşlı Süleyman Əl-Rachidir ki, onun 6 milyard dollar pulu var. Bundan sonra 1.4 milyard dollara sahib olan Moskva Kredit Bankın sahibi Roman Avdeyevin adı çəkilir ki, onun da 23 uşağı var. Bu uşaqlardan 19-nu Avdeyev övladlığa götürüb.