ABŞ-ın İndiana ştatında konsert zamanı səhnənin uçması nəticəsində dörd adam ölüb, 40 adam yaralanlb. Faciə İndianapolis ştatında şənbə günü festival çərçivəsində keçirilən konsert zamanı kantri musiqi qrupu olan Şuqarlandın (Sugarland) səhnəyə çıxmasından öncə baş verib.Səhnənin uçmasına güclü qasırğanın səbəb olduğu deyilir. Hadisə baş verən zaman səhnədə heç kəs olmayıb. Rəsmilərin bildirdiyinə görə, iştirakçılara hava şəraitinin pis olacağı ilə bağlı əvvəlcədən xəbərdarlıq edilib. Amerikanın ştatlarında festivalların keçirilməsi geniş haldır. Adətən, konsertlərlə yanaşı, burada yarmarkalar və müxətlif sərgilər təşkil edilir.