ABŞ-ın Azərbaycandakı səfirliyinin Facebook səhifəsində xəbərdarlıq mesajı yayılıb. Mesajda ölkədəki ABŞ vətəndaşlarına məlumat verilir ki, Azərbaycandakı sosial şəbəkə mənbələri yanvar ayının 25-də Göyçay və Qəbələ şəhərlərində etiraz aksiyalarının baş verəcəyini bildirir.
Xəbərdarlıqda deyilir: “Media habelə bildirir ki, eyni hadisə ilə bağlı potensial nümayişin sabah, yanvarın 26-sı 2:00-dan 3:00-dək Bakının Səbayel rayonundakı Fəvvarələr Meydanında da keçirilməsi planlaşdırılır”.
Xəbərdarlıqda bu regionlara səfər edəcək ABŞ vətəndaşlarının ehtiyatlı olmasına çağırılır: “Hətta nümayişlərin dinc mahiyyət daşımasına baxmayaraq, baş verəcək qarşıdurma zorakılıqlara yol aça bilər”. Mesajda ABŞ vətəndaşlarına nümayişlər, etirazlar və piketlərin keçirildiyi yerlərdən keçməmək məsləhət görülür.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi də ölkədəki vətəndaşlarına sabahkı aksiya barədə xəbərdarlıq edərək, onları ehtiyatlı olmağa çağırıb.