ABŞ Senatında bu gün ölkənin borc həddinin artırılması ilə bağlı səsvermənin keçirilməsi planlaşdırılıb. Ağ Ev və Konqresdəki rəsmilər bunun borcun artırılmasına dair razılığın əldə edilməsinə yol açacağına ümid bəsləyir. Konqres borc limitini hazırkı 14 trilyon 300 milyard dollar həddindən artırmaq və federal hökumətin defolt elan etməsinin qarşısını almaq üçün çərşənbə axşamı gününə qədər son möhlətlə qarşılaşır. Respublikaçıların Senatda lieri Mitç Makkonnel bu gün müxbirlərlə deyib ki, tərəflərin hökumət xərclərini azaltmaqla borc həddini qaldırmaq üçün razılığın əldə edilməsinə yaxın olduğunu düşünür. Ağ Ev rəsmisi razılığın hələ də əldə edilmədiyini bildirir. ABŞ defolt elan edərsə, bunun dünya iqtisadiyyatına qaçılmaz təsirlərilə bağlı narahatlıqlar mövcuddur.