ABŞ Konqresində Azərbaycanla bağlı iki seminar keçiriləcək

ABŞ Konqresində Azərbaycanla bağlı iki seminar keçiriləcək

Seminarlarda ABŞ-Azərbaycan münasibətlərinin bugünkü durumu və Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı müzakirə ediləcək

ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi USAN martın 25-də Birləşmiş Ştatlar Konqresində Azərbaycana dair iki seminarın keçiriləcəyi barədə məlumat yayıb. Seminarlardan biri ABŞ və Azərbaycan arasında münasibətlərin bugünkü durumuna həsr edilib. Bu mövzuda çıxış etmək üçün Azərbaycan Milli Məclisinin üzvləri Asim Mollazadə, Rasim Musabəyov və Ceyhun Osmanlı tədbirə dəvət olunublar.

Konqresdə keçiriləcək ikinci seminarda Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı müzakirə ediləcək. USAN-ın təsisçiləri və fəalları Ermənistanın təbliğatı və ABŞ-da erməni lobbisinin fəaliyyətlərinin qarşısını almaq üçün göstərilən səylər və işləri müzakirə edəcək. Tədbirdə USAN-nın həmtəsisçisi və icraçı direktoru Adil Bağırov, USAN-nın Direktorlar Şurasının üzvü Bədir Məmmədli və Qafqaz universitetinin professoru Rövşən İbrahimov məruzə ilə çıxış edəcəklər.