Apple şirkətinin Asiyada gəlirləri rekord səviyyəyə çatıb

  • Amerikanın səsi

Apple şirkətinin Asiyada gəlirləri rekord səviyyəyə çatıb

Dünya bazarlarında, xüsusilə də iqtisadiyyatı sürətlə inkişaf edən Asiya ölkələrində tələbatın artması ABŞ-da Apple şirkətinin gəlirlərinin record səviyyəyə çatmasına səbəb olub. iPhone mobil telefonu və iPad kompyuterini istehsal edən Apple şirkətinin bu il aprel ayından iyun ayına qədər gəlirləri 7,3 milyard dollar təşkil edib. Bu, keçən il eyni vaxtla müqayisədə iki dəfə artıqdır. Apple şirkəti bildirir ki, istehsal Çin, Honq Konq və Tayvanda olduqca yüksək səviyyəyə qalxıb. Şirkətin icraçı direktorlarından biri deyib ki, Çində satışların daha da artacağı gözlənilir. Bütün dünya üzrə Apple ilin bir kvartalında iPhone telefonlarının satışından 20,3 milyon dollar gəlir əldə edildiyini bidirir. iPad komyuterlərinin satışından əldə edilən gəlir isə 9.25 milyon dollar təşkil edir. Apple kompyuterlərinin satışı şirkətə 3,95 milyon dollar gəlir gətirib. Bu, keçən il eyni müddətlə müqayisədə 14 faiz artıqdır.