Bu həftə ABŞ prezidenti Barak Obama və Çin prezidenti Hu Tsintao arasında keçirilən zirvə görüşü zamanı Birləşmiş Ştatlar və Çinin ticarətə dair bir sıra müqavilələr imzalayacağı gözlənilir. Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş iki qüdrətli dövlətinin lideri maliyyə məsələlərini müzakirə edəcək. Bunlardan ən başlıcası Çinin ABŞ-la razılaşmalarda qeyri-bərabər ticari üstünlüyüdür. 2010-cu il üçün rəqəmlər toplandıqda Çin 270 milyard dollar üstünlüyə malik ola bilər. Cənab Tsintao Ağ Evdə olacaq, sonra isə cənab Obamanın doğma Çikaqo şəhərinə səfər edəcək. İki ölkə arasında ABŞ təyyarələri, avtomobil hissələri, kənd təsərrüfatı və ət məhsullarının Çinə satışına dair müqavilələrin imzalanacağı deyilir.