ABŞ və Çin rəsmiləri ikitərəfli iqtisadi əlaqələri müzakirə edib

  • Amerikanın səsi

ABŞ və Çin rəsmiləri ikitərəfli iqtisadi əlaqələri müzakirə edib

ABŞ-ın Maliyyə naziri Timoti Qaytner və Çinin baş nazir müaviniVanq Gişen iki ölkə arasında valyuta məsələsi ilə bağlı gərginləşmiş iqtisadi əlaqələri müzakirə etmək məqsədilə bu gün Çində görüşüblər. Qaytner və Vanq arasında görüş Cənubi Koreyada 20-liyin maliyyə nazirlərinin iclasından qayıdan ABŞ rəsmilərinin yolüstü dayandıqları Qinqdao şəhərində keçirilib. ABŞ və Çin hökumətl’ri bildirir ki, Qaytner və Vanq arasında görüşün diqqət mərkəzində iqtisadi əlaqələr və gələn ay Seulda 20-liyin sammitinə hazırlıqlar olub. Birləşmiş Ştatlar bazarda vəziyyətlə əlaqədar milli valyuta olan yuanın gücləndirilməsi üçün Çinə təzyiq göstərir. ABŞ qanunvericiləri və biznes şirkətləri Pekinin öz valyutasını süni şəkildə zəif saxlayaraq, Çin ixtracatçılarına əlverişli imkan yaratmaq və ABŞ-ın Çinlə ticarət defisitini artırmağa çalışdığını bildirir.