ABŞ və Çin liderləri Çinin milli valyutasını müzakirə edəcək

  • Amerikanın səsi

ABŞ və Çin liderləri Çinin milli valyutasını müzakirə edəcək

ABŞ prezidenti Barak Obama və onun çinli həmkarı Hu Tsintao Çinin milli valyutası və digər məsələləri müzakirə etmək üçün gələn ay Cənubi Koreyada görüşməyi planlaşdırır. Ağ Ev bildirir ki, liderlər noyabrın 11-12-i Seulda 20-lərin sammiti çərçivəsində görüşəcəklər. Çinin milli valyutası olan yuanın məzənnəsi ətrafında beynəlxalq səviyyədə narahatlıq davam edir. ABŞ qanunvericiləri və biznes şirkətləri Çini ölkənin ticarət mallarının dünya bazarlarında üstünlük qazanmasına çalışaraq, yuanın məzənnəsini bilərəkdən aşağı səviyədə saxlamaqda ittiham edirlər.