Keçmiş prezident Corc Buş Milad bayramını xəstəxənada qalacaq


ABŞ-ın keçmiş prezidenti Corc Herbert Buş Milad bayramı günlərini Texas ştatının Hyuston şəhərində xəstəxanada saxlanacaq.

Cənab Buşun sözçüsü Cim MaQreth deyib ki, həkimlərin 88 yaşlı keçmiş prezidentin səhhəti ilə bağlı nikbin proqnozlarına baxmayaraq, onlar keçmiş prezidentin xəstəxanada qalmasını tövsiyə ediblər.

Noyabrın 23-də bronxit diaqnozu ilə xəstəxanaya gətirilən cənab Buşun sonradan qızdırması qalxmış və vəziyyəti ağırlaşmışdır.

Respublikaçı Corc Herbert Buş ABŞ-ın 41-ci prezidenti kimi 1989-cu ildə hakimiyyətə gəlmiş və bir dönəm hakimiyyətdə qalmışdır. O, ABŞ-ın 43-cü prezidenti Corc Buşun atasıdır.