Birləşmiş Ştatlar hökumətinin 85 milyard dollar həcmində xərcləmə ixtisarları bu ayın əvvəlində qüvvəyə minib. Xərcləmə ixtisarları Amerika aeroportları üçün həm havada həm də yerdə xeyli problemlər yarada bilər. Büdcə ixtisarlarının Milli Aviasiya sektorunu aprel ayında vuracağı gözlənilir.
Birləşmiş Ştatların nəqliyyat naziri Rey Lahud: “Bu, bizim işçilərimizə təsiri olduğu üçün ağrılıdır. Lakin ən çətini səyahət edənlər üçün olacaq.”
Rəsmilər büdcə ixtisarlarının insanların işdən çıxarılması, bu üzdən sərnişinlərin təhlükəsizlik və gömrük-buraxılış məntəqələrindən keçmələri üçün daha çox vaxt sərf edəcəklərini deyirlər. İxtisarlar zamanı uçuşlara nəzarət edənlər ödənişsiz məzuniyyətə buraxılacaq. Bu da o deməkdir ki, uçuşlara qüllələrdən daha az insanın nəzarət edəcək və Vaşinqtonunku kimi böyük hava limanlarına təsirini göstərəcək.
Rəsmilər uçuşlara nəzarət edən dispetçerlər ixtisar edilərsə, böyük aeroportlarda hər uçuşun ən azı 90 dəqiqə gecikəcəyini deyirlər. Milli Hava Nəqliyyatı Assosiasiyasından Mət Börd: “İnsanlar məzuniyyətə buraxılarsa və uçuşlara nəzarət qüllələrində kifayər qədər işçi olmazsa, bu böyük ləngimələrə gətirib çıxara bilər.”
Vaşinqtondakı Hava Sənayesi Assossiasiyasının prezidenti Marlon Bleyki: “Bu, bütövlükdə milli hava hüdudlarına təsir göstərəcək.”
Marlon Bleyki ixtisarların ABŞ-ın havadan müdafiə sisteminə də təsir edəcəyini deyir: “Əgər bu ixtisarlar davam etsə, onda təkcə 2013-2014-cü illərdə iki milyon iş yeri itirilə bilər. Bu, ümumdaxili məhsula böyük zərbə endirəcək.”
Virciniya senatoru Tim Keyn və Konqresin digər üzvləri ixtisarların təxirə salınmasına çağırır. Merilend ştatından konqresmen Con Sarbeyns kəsimlərin Baltimorun BWI aeroportunda 94 min iş yerinin itirilməsinə səbəb olacağını deyir.
Nəqliyyat rəsmiləri icitmaiyyəti əmin edirlər ki, ixtisarlar istər yerdə, istərsə də havada mülki aviasiyanın təhlükəsizliyinə təsir göstərməyəcək.