Bayden: Biz təbii fəlakətlərin təsirini azaltmaq üçün infrastruktura daha çox sərmayə qoymalıyıq

Your browser doesn’t support HTML5

Bayden: Biz təbii fəlakətlərin təsirini azaltmaq üçün infrastruktura daha çox sərmayə qoymalıyıq

Bir sıra fırtına və daşqınlardan sonra Kaliforniyaya federal yardım vəd edən prezident Co Baden iqlim dəyişikliyi ilə bağlı xəbərdarlıqlarını bir daha təkrarlayıb. Lakin onun tənqidçiləri onun kifayət qədər iş görmədiyini deyir. İqlim dəyişikliyi ilə bağlı siyasətini və qanunvericiliyini bəyənənlər isə dəyişikliyin bir gecədə baş verməyəcəyini bildirir.

Qızıl Ştat üzərini fırtınalı boz səma alıb. Bu, prezident Co Baydenin iqlim dəyişikliyinin səbəb olduğunu dediyi ekstremal havanın son nümunəsidir. "İqlim dəyişikliyinin səbəb olduğu ekstremal hava daha güclü və daha tez-tez fırtınalar deməkdir."

Bayden bu yaxınlarda baş verən fırtınaların vurduğu ziyanı qiymətləndirmək, federal yardım vəd etmək və mesajını çatdırmaq üçün cümə axşamı Kaliforniyaya səfər edib.

Prezident Co Bayden: "Biz bu təbii fəlakətlərin təsirini azaltmaq üçün infrastruktura daha çox sərmayə qoymalıyıq, çünki onlar müəyyən mənada artırlar. Biz artıq bir il əvvəl imzaladığım infrastruktur qanununa əsasən maliyyə ayırmışıq".

Bayden bu yaxınlarda iqlim dəyişikliyi ilə mübarizə üçün qəbul edilmiş və "İnflyasiyanın Azaldılması Aktı" qanununa əsasən təmiz enerji üçün ayrılan 400 milyard dollara yaxın federal maliyyə ilə birgə digər addımların da atıldığını bildirib. Buraya ABŞ-ın qlobal istiləşməni 2 dərəcədən aşağı cilovlamağı hədəfləyən Paris Sazişi öhdəliyini yerinə yetirmək də daxildir.

O, eləcə də alimlərin iqlim dəyişikliyinə səbəb olduğunu dediyi istixana qazı emissiyalarını azaltmaq üçün ABŞ-ın təmiz enerji sahəsində innovasiyasını təbliğ edir.

Vilson Mərkəzinin "Ətraf Mühitin Dəyişikliyi və Təhlükəsizlik Proqramı"ndan Şerri Qudmanın bildirdiyinə görə, ABŞ hökuməti iqlim dəyişikliyini uzun müddətdir təhlükə kimi görür. "Biz bunun mürəkkəb və ardıcıl risklərinin olduğunu başa düşməliyik. Belə ki, meşə yanğınlarının səbəb olduğu fırtınalar sonradan növbəti iqlim hadisələrinə, bu kimi ekstremal hadisələrə səbəb olur."

O, bu yükün hökumət və özəl sektor arasında bölüşdürülməli olduğunu deyir. Bu mesaj Dünya İqtisadi Forumunda qlobal güclərə də çatdırılıb.

Bayden bu həftə İsveçrənin Davos şəhərindəki görüşə iqlim üzrə baş elçisi Con Kerrini göndərib. "Zurix Insurance Group"nun davamlılıq riski üzrə rəhbəri Con Skott deyir ki, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün ayrı-ayrı qruplar birlikdə işləməlidir. "İqlim dəyişikliyinin həlli bir növ yüksək səviyyəli idman komandasına bənzəyir. Burada təkcə bir sektor deyil, hökumətlər iştirak etməlidir. Mürəkkəb və sistemli məsələləri həll etmək üçün həqiqətən bir yerdə işləyəcək biznes olmalıdır, maliyyə sektoru olmalıdır.”.

Qudmanın sözlərinə görə, dəyişiklik vaxt aparacaq. Şerri Qudman: "Biz mədən yanacaqlarından tam imtina edə bilmərik. Biz hələ bir müddət neft və qazdan istifadə edəcəyik".

Lakin tənqidçilər deyirlər ki, əsasən çirkləndirici sənayelərlə mübarizəyə gəldikdə liderlər daha sərt olmalıdırlar. "Hökumətin güclü tədbirləri olmadan bu problemi həll edə bilmərik. Və bu, problemin mərkəzində dayanan və uzun müddət diqqəti yayındırmağa, inkar etməyə və gecikdirməyə çalışan yanacaq şirkətləri ilə mübarizə ilə başlamalıdır."

Baydenin bəzi siyasi rəqibləri, hətta bəzi Demokratlar bu sənayelərin dəyərli iş yerləri yaratdığını iddia edərək, daha geniş qanunvericilik aktlarına qarşı çıxıb.

Beləliklə, Bayden çox şey edir, yoxsa bu kifayət deyil? Bunu yalnız zaman və temperatur göstərəcək.