ABŞ Dövlət katibi Hillari Klinton bu vəzifədə ilk dəfə olaraq Balkan ölkələrinə üç günlük səfərə başlayır. Xanım Klintonun səfərinin ilk dayanacağı Bosniya-Herseqovinanın paytaxtı paytaxtı Sarayevo olacaq. Burada ABŞ Dövlət katibi siyasi islahatlar, habelə Avropa Birliyi və NATO-ya inteqrasiyanın vacibliyini vurğulayacaq. Dövlət katibinin yardımçısı Filip Qordon bildirib ki, xanım Klinton Bosniya-Herseqovinanın liderləri və Avropa Birliyində xüsusi nümayəndəsi Valentin İnjko ilə görüşəcək. Dövlət katibi Bosniya-Herseqovinadan sonra Serbiya paytaxtı Belqradda prezident Boris Tadiç və digər rəsmilərlə görüşəcək. Balkanlara səfəri zamanı xanım Klinton Kosovoda da olacaq.