Dövlət Departamenti ABŞ səfirinin gündəliyinin açıqlanmasına etiraz edir

Səfirin gündəliyindəki qeydlər haqda məlumat verən CNN şirkəti öz mövqeyini müdafiə edir
ABŞ Dövlət Departamentinin sözçüsü Pilip Reines CNN tele-kanalında Liviyada qətlə yetirilmiş Amerika səfiri Krostofer Steivensin gündəliyindəki qeydlər haqda onun ailəsinin etirazlarına baxmayaraq məlumat verməsini pisləyib.

CNN öz veb səhifəsində verdiyi açıqlamada bildirib ki, ictimaiyyətin xəbər şirkətinin ABŞ-ın Benqazidəki konsulluğuna hücumdan əvvəl mövcud narahatlıqlar və xəbərdarlıqlarla bağlı müxtəlif mənbələrdən aldığı informasiya ilə tanış olmaq hüququ var. CNN səfir Stivensin gündəliyinin şirkətin özünün ifadəsilə “əsasən mühafizə olunmamış” konsulluq binasında döşəmədə tapıldığını bildirib.

Dövlət Departamentinin sözçüsünün bildirdiyinə görə, CNN səfir Stivensin ailəsinə gündəliklə bağlı məlumat verilməycəyinə dair verdiyi sözə əməl etməyib. O deyib ki, xəbər şirkəti hücumun baş verdiyi yerdə jurnalın tapıldığını heç bir kəsə bildirmədən oradakı qeydləri köçürüb.

CNN isə öz növbəsində bildirir ki, bu tapıntılar Dövlət Departamentinin səfir Stivensin daha yaxşı qorumaq üçün nə üçün kifayət qədər iş görmədiyi barədə suallar qaldırır.

Səfir Stivensin gündəliyi haqda ilk dəfə CNN şirkətinin cümə günü proqramında məlumat verilmişdir.