General Petreas bu vəzifədə ABŞ rəsmiləri haqda hörmətsiz ifadələr işlətdiyinə görə keçən həftə vəzifəsindən azad edilmiş general Stenli Makkristalı əvəz edəcək
ABŞ Senatı general Deyvid Petreası Birləşmiş Ştatlar və NATO qüvvələrinin Əfqanıstanda komandanı vəzifəsinə təsdiq edib. Qanunvericilər Petreasın namizədliyini yekdilliklə təsdiq edib.
General Petreas bu vəzifədə ABŞ rəsmiləri haqda hörmətsiz ifadələr işlətdiyinə görə keçən həftə vəzifəsindən azad edilmiş general Stenli Makkristalı əvəz edəcək.
ABŞ mərkəzi komandanlığının komandiri olan general Petreas İraq müharibəsində üsyançılar əleyhinə strategiyanın hazırlanmasına görə tanınır. Bu strategiya Əfqanıstanda hazırkı səylərə kömək etmişdir.