İranda narkotik qaçaqmalçılığında günahlandırılaraq edama məhkum edilən daha 12 nəfər hökmün icrasını gözləyir
Fevralın 28-də İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi şəhəri olan Urmiyanın zindanında narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq edama məhkum edilmiş 9 nəfər dar ağacından asılıb.
Media forum saytının məlumatına görə, edam olunanların 2-si azərbaycanlı, 7-si kürddür. Dar ağacından asılanların 2-si qadındır. Edam olunan məhkumların adları açıqlanmır.
Narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq edama məhkum edilən daha 12 nəfərin hökmün icrasını gözlədiyi vurğulanır.