Hadisə zamanı 3 kürd yaraqlısının və bir polis işçisinin öldüyü xəbər verilir
Türkiyə rəsmiləri ölkənin cənub-şərq bölgəsində baş verən qarşıdurma zamanı 3 kürd yaraqlısının və bir polis işçisinin öldüyünü bildirirlər. Türkiyənin Anadolu xəbər agentliyinin məlumatında kürdlərin PKK təşkilatının avtomat silahlarla silahlamnış üzvlərinin dünən Siirt vilayətinin Eruh şəhərindəki polis məntəqəsinə hücum etdikləri deyilir. Agentlik qarşıdurma zamanı bir polis işçisinin də yaralandığını xəbər verir.
Türk hərbi qüvvələri ilə kürd yaraqlıları arasında qarşıdurmalar iyun ayından bəri vüsət alıb.