Uqandaya xərçənglə mübarizə üçün yeni radioterapiya avadanlığı gətirilib [Video]

Your browser doesn’t support HTML5

Uqandada xərçəng xəstələri artıq rahat nəfəs ala bilər, çünki ölkəyə yeni kobalt-60 radiasiya müalicə cihazı gətirilib. Lakin səhiyyə rəsmiləri deyir ki, bu, kifayət olmayacaq, çünki ölkədə xərçəng halları getdikcə artır.

İndi yeni teleterapiya avadanlığı sayəsində daha çox xərçəng xəstəsi radiasiya müalicəsinən keçə biləcək. Köhnə avadanlıq 2016-ci ilin mart ayında xarab olub və bununla Uqandada radiasiyaya əsaslanan xərçəng müalicəsi qalmayıb.

Hazırda biz gündə 80 xəstəni müalicə edə bilirik. Lakin bir avadanlıq kifayət deyil. Ona görə də, biz böhranla mübarizədə ikinci mərhələyə keçməliyik. Bu da radioterapiya xidmətlərinin müasirləşdirilməsi və genişləndirilməsidir.
Dr. Rut Aseng

Uqanda və Beynəlxalq Atom Enerjisi Agentliyi avadanlıq üçün hər biri 812 min dollar pul xərcləyib.

Uqanda Xərçəng İnstitutunun direktoru Dr. Orem Cekson bildirir ki, son bir neçə ildir xərçəng xəstələrinin sayı hər il artıb. Xərçəng Agentliyi 7 min yeni xərçəng halının, 34 min ilə 37 min arasında isə köhnə xəstələrin olduğunu bildirir.

“Bu isə o deməkdir ki, ölüm halları hələ də yüksək olaraq qalacaq. Bunun ən böyük səbəbi isə odur ki, xəstələr gec, xəstəlikləri artıq yayılandan sonra gəlir,” deyə Dr. Cekson bildirir.

40 milyon əhalisi olan Uqandada bu insanların müalicəsində beynəlxalq standartları qarşılamaq üçün 40 avadanlığa ehtiyac var.

Uqandanın səhiyyə naziri Dr. Rut Aseng deyir ki, müalicə tələbatını qarşılamaq üçün hələ çox şey edilməlidir.

“Hazırda biz gündə 80 xəstəni müalicə edə bilirik. Lakin bir avadanlıq kifayət deyil. Ona görə də, biz böhranla mübarizədə ikinci mərhələyə keçməliyik. Bu da radioterapiya xidmətlərinin müasirləşdirilməsi və genişləndirilməsidir,” o söyləyir.

Radioterapiya xidmətlərinin bərpası və yeni kobalt-60 radiasiya müalicə avadanlıqlarının quraşdırılması Uqanda Beynəlxalq Atom Enerjisi Agentliyindən təsdiq alanadan sonra baş verib. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano deyir ki, o, 2009-cu ildə vəzifəsinin icrasına başlayanda Afrikada xərçəng vəziyyəti narahatedici idi, 28 ölkədə xərçənglə mübarizə avadanlıqları yox idi.

“Beynəlxalq Atom Enerjisi Agentliyi xərçəng avadanlıqları, treyninq və təhlükəsizlik sahəaində təcrübələrə malikdir. Biz Ümumdüya Səhiyyə Təşkilatı ilə birlikdə əməkdaşlığı yaxşılaşdırmaq və ölkələri daha yaxşı xidmətlər ilə təmin etməyə çalışırıq,” deyə o bildirir.

Kobalt-60 cihazı ilə ilk xərçəng xəstəsinin müalicəsi aprel ayında başlayacaq.