UNICEF Yəmənə 9 milyon pul yardımını bərpa edir

BMT-nin uşaq agentliyi yardımın paylanmasına nəzarət etmək məqsədilə çağırış mərkəzi qurmaq üçün icazə verildikdən sonra 9 milyon yəmənliyə təcili təcili pul köçürmələrinin bərpa edildiyini bildirib.

UNICEF sözçüsü Culietta Tuma pul köçürmə proqramının bazar günü bərpa olunduğunu və ölkədə müharibə bölgəsində yaşayan bir çox yoxsul insana həyat əhəmiyyətli yardım göstərildiyini deyib.

Associated Press agentliyinin ötən həftə verdiyi məlumata görə, yardım Yəmənin şimalına nəzarət edən Huti üsyançılarının çağırış mərkəzini bağlamaq üçün UNICEF-ə təzyiq göstərməsindən sonra dayandırılmışdı.

İranın dəstəklədiyi Hutilər 2015-ci ilin mart ayından Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya qarşı mübarizə aparır. Üsyançılar dəfələrlə yardımı öz müttəfiqlərinə yönəltməyə cəhd göstərməkdə ittiham edilib.

Maliyyə yardımın bərpası yerli valyutanın bui yaxınlarda dəyər itirməsindən sonra qiymət artımı ilə üzləşən bir çox yəmənli üçün kritik bir dövrə təsadüf edir.