Ən yaxşı ABŞ universitetləri reytinqində Harvard ilk pillədədir

Harvard Graduate

Wall Street Journal və Times Higher Education 2018-ci ilin ən yaxşı ABŞ universitetləri reytinqini nəşr ediblər.

Keçən ilki reytinqdə ikinci yerdə olan Harvard Universiteti bu ilki hesabatda birinci yerə qalxmağa müvəffəq olub.

Birinci yeri itirən Stanford Universiteti isə builki reytinqdə Massaçusets Texnologiya İnstitutu ilə üçüncü və dördüncü yerləri bölüşür. İkinci yerdə isə keçən il ilə müqayisədə üç pillə irəliləyən Nyu Yorkun məşhur Kolumbia Universitetidir.

İlk onluqda qərarlaşan digər ali təhsil müəssisələri Dyuk Universiteti, Yel Universiteti, Kaliforniya Texnologiya Universiteti, Pensilvaniya Universiteti, Prinston UniversitetiKornel Universitedir.

Digər tanınmış reytinqlərdən fərqli olaraq bu reytinq diqqəti daha çox tələbələrin fəallığı, öyrənmə mühitini və nailiyyətlərinə yönəldir.

Reytinq 200,000 tələbənin iştirak etdiyi sorğu əsasında hazılanıb.