UNİCEF Afrikanın Sahel regionunda uşaqların aclıq riski qarşısında oduğunu bildirir

UNİCEF Afrikanın Sahel regionunda uşaqların aclıq riski qarşısında oduğunu bildirir

UNİCEF-in bildirdiyinə görə Niger, Burkina Faso, Mavritaniya, Mali və Çad daxil olmaqla Sahel regionunda quraqlıq şəraitinə görə ərzaq böhranı yarana bilər

BMT-nin Uşaq Fondu UNICEF Afrikanın Sahel regionunda beş yaşından aşağı 860 000 uşağın aclıq riski qarşısında olduğunu bildirir.

UNICEF -in bildirdiyinə görə Niger, Burkina Faso, Mavritaniya, Mali və Çad daxil olmaqla Sahel regionunda quraqlıq şəraitinə görə ərzaq böhranı yarana bilər. UNICEF bildirir ki, bunun ən çox Nigerə təsiri ola bilər.

Agentliyin fövqəladə əməliyyatlar üzrə direktor müavini Dermot Kartne deyib ki, qida çatışmazlığı uşaqların böyüməsi və inkişafına imkan vermir.

UNICEF -in sözçüsü Kristian Bertaiume Amerikanın səsinə deyib ki, ailələrin ərzaq azuqəsi tükənir və insanlar ərzaq tapmaq məqsədilə başqa yerlərə köçdüyü üçün uşaqları məktəbdən ayırırlar. Bertaiumenin sözlərinə görə, UNICEF -in proqramlar üçün 50 milyon vəsaitə ehtiyacı var, lakin böhranı həll etmək üçün lazım olan maliyyənin yalnız yarısı əldə edilib.