İsraillə HƏMAS arasında müharibə üçüncü aya yaxınlaşdığı bir vaxtda, Qəzza zolağına zərbələr tam gücü ilə davam edir. BMT rəsmiləri deyir ki, münaqişəsə 5300-dən çox uşaq ölüb. Amerkanın Səsinin əməkdaşı Hezer Murdok Qəzza yaxınlığında bir səhrada uşaqlarını döyüşən tərəflərə atılan bombalar nəticəsində itirən bədəvi bir ailə ilə görüşüb.
Qəzza zolağından 40 kilometr uzaqda belə raketlər İsrail İsrail və bazalarına düşə bilir.
Onların çoxu İsrailin məşhur müdafiə sistemi tərəfindən vurulur.
Ancaq bəziləri buraya, İsrailin Beer-Şeva şəhəri yaxınlığındakı səhradakı bu kəndə düşüb. Hökumət bu kəndi tanımır və orada az sayda bədəvi ailələr məskunlaşıb. Onlar nə israilli, nə də fələstinlidir, amma atəş xəttindədirlər.
Bu kişinin həyətinə raketin düşməsi nəticəsində, onun iki oğlu daxil olmaqla, dörd uşaq ölüb.
“Bu, şənbə günü baş verdi. Biz səhər 6-da, ilk raket düşənə qədər təhlükəsiz idik. Btün ailə səsdən oyandı və bir bir yerə toplandıq. Hər kəs sağ olduğu üçün şükr edirdi,” bədəvi sakin İbrahim Məhəmməd İbrahim deyir.
40 dəqiqə sonra, böyüklər hücumu müzakirə edərkən, başqa bir raket düşü,b nəticədə iki 16 yaşlı və iki 11 yaşlı oğlan həlak olub. Onların ikisi İbrahimin oğlu, ikisi isə onun qardaşı oğlu idi.
Qəzzada iki aydır davam edən müharibə nəticəsində minlərlə uşaq ölüb. UNICEF bildirir ki, Qəzza yenidən uşaq olmaq üçün ən təhlükəli yerdir.
Bir həftəlik atəşkəsdən sonra döyüşlər təkrar başlayıb və Qəzzada xəstəxanalar artıq dolub, yaralıları müalicə etmək üçün resurs və ya təhlükəsiz yer yoxdur.
UNICEF-in məlumatına görə, yeddi günlük fasilə zamanı, 30-u uşaq olmaqla, Qəzzada saxlanılan 100-dən çox girov azad edilib. The New York Times isə bildirir ki, İsrail təxminən 240 məhbusu azad edib. Onların 45 faizi 18 yaşından aşağı uşaqlardır.
Ancaq atəşkəs başa çatandan sonra Qəzzaya hücumlar təkrarlanıb, ölüm halları yenidən sürətlə artmağa başlayıb. UNICEF deyir ki, onlar hər gün yüzlərlə uşağın öləcəyini təxmin edir.
Heç bir tərəf yaxında başqa bir atəşkəsə ümid etmək üçün səbəb göstərməyib.
İsrail şəhərləri və qəsəbələrində, işğal altında olan İordan çayının qərb sahilində və burada, ikisi arasındakı kəndlərdə sakinlər deyir ki, onlar münaqişəyə rəğmən – bəzən isə məhz münaqişə səbəbilə - getməməkdə qərarlıdır.
“Biz Allaha şükr edirik və qaçmayacağıq. Biz bu yerin bir hissəsiyik və Allah izin verənə qədər burada qalacağıq,” bədəvi sakin İbrahim Məhəmməd İbrahim deyir.
O deyir ki, onun torpağı İsrail şəhəri ilə hərbi aerodrom arasında yerləşir, ancaq hər ikisinə o qədər uzaqdır ki, oğullarının ölümünə səbəb olan raketlərin hara yönəldiyini təxmin edə bilmir.
O vurğulayır ki, onun övladları, Qəzzadakı uşaqlar kimi bu müharibənin yaranmasında iştirak etməyib.