BMT Rusiyanın İnsan Hüquqları Şurasına təkrar qoşulması üzərində səs verəcək

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərşənbə axşamı Rusiyaya qurumun İnsan Hüquqları Şurasına təkrar qoşulmağa icazə verib-verməmək üzərində səs vermə keçirib. Bu, şuranın Ukraynaya hərbi müdaxiləsindən sonra Moskvanı çıxarmasından təxminən iki il sonraya təsadüf edir.

Cenevrədə qərargahlanan şura beş regional qrupu təmsil edən 47 ölkədən ibarətdir. İnsan Hüquqları Şurasında Şərq Avropa regionu üçün ayırılan iki yerə üç illi vəzifəyə Rusiya ilə yanaşı Albaniya və Bolqarıstan namizədlik irəli sürüb.

Baş Assambleya 2022-ci ilin aprel ayında 93-24 səs fərqi ilə İnsan Hüquqları Şurasından çıxarıb.

Albaniyanın BMT-dəki nümayəndəsi Ferit Hoxha bazar ertəsi BMT-nin Təhlükəsizlik Şurası Rusiyanı “qonşularının aqressoru, günahsız insanların qatili, mülki infrastrukturu qəsdən məhv edən” adlandıraraq qınayıb və onun uşaqları evlərindən deportasiya etməklə fəxr etdiyin deyib.

ABŞ-ın nümayəndəsinin müavini Robert Vud Təhlükəsizlik Şurasına deyib ki, Moskvanın İnsan Hüquqları Şurasına potensial olaraq yenidən şeçilməsi onun “açıq şəkildə müharibə cinayətləri və başqa vəhşilikləri törətməyə davam etdiyi” bir vaxt, həmin qurum üzərində “çirkin bir ləkə” olacaq.

Çərşənbə axşamı səsvermə Rusiyanın Ukraynanın şimalşərqində Hroza kəndinə raket hücumu nəticəsində 52 nəfərin ölümündən sonraya təsadüf edib. Ukrayna rəsmiləri deyir ki, hücum insanlar kafedə həlak olan Ukrayna əsgərin xatirəsini yad etmək üçün bir araya gəldiyini bir vaxt baş verib.

Birləşmiş Millətlər Təşkilatı müstəntiqləri Hrozadadır. Baş müstəntiq açıqlamasına bildirib ki, “Mənim yerli sakinlər və sağ qalanlarla ilkin söhbətim onu göstərir ki, demək olan ölənlərin hamısı mülki vətəndaşlardr və hədəfin özü, məşğul kənd kafesi və mağazası da açıq-aydın mülki bir obyekt idi.”

Ölənlər arasında kəndin lideri, dörd pvladı olan bir cütlük və ölən əsgərin həyat yoldaşı və oğlu olub.

Ukrayna-Yaxın Şərq

Bazar ertəsi NATO Parlament Assambleyasında çıxış edən Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada mülki əhaliyə qarşı vəhşiliklərlə İsraildə insanlara qarşı vəhşiliklər arasında paralellər çəkib.

“Yegan fərq odur ki, İsarilə hücum edən terror təşkilatıdır, burada isə Ukraynaya terror dövləti hücum edir,” o deyib və böhran zamanı birliyə çağırıb.

Zelenski ayrı video müraciətində deyib ki, Zelenski xəbərdarlıq edib ki, Rusiya Yaxın Şərqlə müharibənin başlamasına maraqlıdır, “ona görə ki, yeni ağrı və əzab mənbəyi dünya birliyini poza, ixtilaf və ziddiyyətləri artırmaq və beləliklə, Rusiyaya Avropada azadlığı məhv etməyə kömək edə bilər.”