BMT-nin baş katibi fələstinlilərin "kollektiv cəzalandırılmasını" pisləyib

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş çərşənbə günü HƏMAS militant qruplaşmasının İsrailə hücumları fələstinlilərin "kollektiv cəzalandırılmasına haqq qazandırmır" deyib və dərhal atəşkəsə çağırıb.

Çində keçirilən iqtisadiyyat forumunda çıxış edən Quterreş HƏMAS-ın oktyabrın 7-də İsrailə qarşı 1400-dən çox insanın ölümünə səbəb olan hücumlarının "terror aktları "olduğunu və buna haqq qazandırıla bilinməyəcəyini deyib.

Quterreş "lakin bu hücumlar fələstinlilərin kollektiv cəzalandırılmasına haqq qazandıra bilməz" deyib.

O, İsraillə HƏMAS arasında Qəzzada gedən döyüşlərin "dərhal humanitar atəşkəsinə" səsləyib.

Quterreş İsrail tarixində ən ölümcül hücum zamanı militantlar tərəfindən qaçırılan azı 199 nəfərə istinad edərək, HƏMAS-ı "girovları dərhal və qeyd-şərtsiz azad etməyə" çağırıb.

Quterreş həmçinin İsraili əksəriyyəti qadın və uşaqlardan ibarət Qəzza xalqının ən əsas ehtiyaclarına cavab vermək üçün humanitar yardımın məhdudiyyətsiz istifadəsinə dərhal icazə verməyə çağırıb.

O,"mən iki müraciətimin həyata keçməsi, şahidi olduğumuz insan əzabının yüngülləşməsi üçün kifayət qədər vaxt və məkan tələb olunur. Buna görə də mən təcili olaraq, humanitar atəşkəsə çağırıram" deyib.

Quterreş "56 il işğaldan sonra fələstinlilərin dərin narazılığından tam xəbərdar olduğunu, lakin bu şikayətlər nə qədər ciddi olsa da, HƏMAS-ın oktyabrın 7-də törətdiyi terror aktlarına haqq qazandıra bilməz " deyib.

BMT rəhbəri bundan əvvəl demişdi ki, çərşənbə axşamı Qəzzadakı xəstəxanada baş verən və yüzlərlə insanın ölümünə səbəb olan ölümcül partlayışdan "dəhşətə gəlib".

HƏMAS xəstəxanaya hücumda İsraili günahlandırıb. İsrail buna Qəzzada İslami Cihad yaraqlıları tərəfindən səhv atılan raketin səbəb olduğunu bildirib.

Quterreş X səhifəsində "Ürəyim qurbanların ailələrinin yanındadır. Xəstəxanalar və tibb işçiləri beynəlxalq humanitar hüquq çərçivəsində qorunur" yazıb.

Quterreş həmçinin Qəzzadakı qaçqın düşərgəsində BMT-nin idarə etdiyi məktəbə 6 nəfərin ölümü ilə nəticələnən hücumu da pisləyib.