BMT-nin insan hüquqları üzrə ali komissarı 452 milyon dolların toplanmasına çağırıb

Volker Turk.

BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk cümə günü insan hüquqları komissarlığının bu il dünya boyu insan haqlarını qorumaq üçün apardığı kritik işi maliyyələşdirmək məqsədilə 452 milyon dollar toplanmasına çağırıb.

BMT-nin insan hüquqları üzrə ali komissarlığı insan haqlarının qoruyucusu və müdafiəçisidir, habelə pozuntular və şiddətin müşahidəçisidir. Bununla birlikdə qurum insan hüquqlarını pozanların pis davranışlarının dəyişmələri üçün təzyiq göstərir.

İnsan hüquqları üzrə ali komissarı Volker Türk bildirib ki, insan hüquqları olmadan nə davamlı sülh nə də davamlı inkişaf ola bilər. O, sabitliyə nail olmaq və ədalətə qovuşmaq üçün dünyanın hər yerində insan hüquqlarını həyatın hər bir hissəsinə daxil etməyin vacib olduğunu bildirib.

“Biz qeyri-bərabərlikləri aradan qaldırmaq, sosial müdafiəni gücləndirmək, hər hansı formada ayrı-seçkiliyi və münaqişənin digər əsas səbəblərini, ekoloji böhranları və iztirabları aradan qaldırmaq üçün qlobal, regional və ölkə miqyasında tədbirlərin görülməsində israr etməliyik” Türk deyib.

Ali komissarrlıqın qarşısında çətin bir öhdəlik var. Onların diqqəy ayırmalı olduqları çox sayda dəhşətli insan haqları böhranları var. Bunlara Rusiyanın Ukraynaya hərbi müdaxiləsi. İranda tələfatlı etirazlar, Çinin Sincan bölgəsində yenidən təhsil düşərgələri adlanan yerlərdə bir milyondan çox müsəlman uyğurun davamlı təcridi və Afrikanın Sahel bölgəsində islamçıların üsyanı daxildir.

Türk bu cür bəlarla mübarizədə insan hüquqlarını müdafiə etməyin vacibliyi vuğrulayıb. O deyib ki, insan hüquqları Birləşmiş Millətlər Təşkilatının xartiyasının özəyindədir və qurumun prinsip və məqsədlərinə rəhbərlik edir.

“Biz bilirik ki, dünyanı sabit tutmaq və bizi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci təşəbbüsünün bir hissəsi olaraq daha yaxşı gələcək üçün yol xəritəsi ilə təmin etməsi üçün indi həmişəkindən də çox insan hüquqlarına ehtiyacımız var,” Türk deyib.

Bu ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümüdür. Ali komissar Türk deyib ki, o, ildönümündən istifadə edərək həmin sənəddəki sözləri həyata keçirməyi planlaşdırır.

O, donorları onun ianə çağırışlarını dəstəkləməyə çağırır ki, onun təşkilatı hər kəsi daha yaxşı gələcəklə təmin edə bilsin.