BMT-nin insan hüquqları idarəsinin başçısı Volker Turk İran rəsmilərini etirazçılara qarşı “lazımsız və qeyri-mütənasib” gücdən istifadəni dayandırmağa çağırıb.
Cümə axşamı Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında çıxış edən Turk deyib ki, İran “tam-miqyaslı insam hüquqları böhranı” içindədir.
Turk İranda iki ay öncə 22 yaşlı Məhsa Əminin polisin nəzarətində ikən ölümündən sonra başlayan etirazlara qarşı təqibləri ilə bağlı araşdırmanın aparılmasına dəstəyini ifadə edib.
“Cavabdehlik insan hüquqlarının pozulmasına görə ədalət axtarışının əsas tərkib hissəsidir,” Turk deyib.
O, şuraya bildirib ki, səlahiyyətlilər etirazçılara qarşı canlı sursatdan, göz yaşardıcı qazdan və dəyənəklərdən istifadə edib və nümayişlər başlayandan bəri 300-dən çox insan öldürülüb.
İranın şuradakı nümayəndəsi təhqiqatla bağlı müzakirəni biabırşı və dəhçətli adlandırıb.