BMT-nin Baş Assambleyasının diqqət mərkəzində qaçqın böhranı yer alacaq

BMT-nin Baş Assambleyasının diqqət mərkəzində Avropanı bürüyən qaçqın böhranı yer alacaq.

Çərşənbə günü dünyanın aparıcı iqtisadiyyatları (Böyük yeddilik) qaçqın və humanitar yardımlar mövzusunda forum keçirməlidir.

BMT-nin baş katibi Ban Gi Mun çərşənbə günü böhrana beynəlxalq çərçivədə cavab yollarının müəyyən edilməsi məqsədi ilə yüksək səviyyətli görüşə ev sahibliyi edəcək.

Bu həftənin əvvəlində Avropa İttifaqı 120 min qaçqının blok daxilində yerləşdirilməsi barədə razılıq əldə edib.

Qurum qonşu ölkələrdə sığınacaq tapan suriyalı qaçqınlara yardım məqsədi ilə 1 milyard dollarlıq vəsait ayrıldığını bəyan edib.

ABŞ suriyalı qaçqılara əlavə 400 milyon dollar ayırıb.

ABŞ gələn il ərzində 10 min suriyalı qaçqının qəbul ediləcəyini bəyan edib.