BMT rəsmisi Ukraynada lokallaşdırılmış atəşkəslərə çağırıb

Birləşmiş Millətlər Təşkilatının humanitar məsələlər idarəsinin başçısı Martin Qriffit müharibənin viran qoyduğu Ukraynada mühasirə altında olan ərazilərə humanitar yardımın aparılmasına və ilişib qalan vətəndaşların həmin əraziləri tərk etməsinə imkan vermək üçün lokallaşdırılmış atəşkəs rejimlərinin tətbiqinə çağırır.

Qriffit bu həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ukraynada mümkün humanitar atəşləsi müzakirə edib. BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Qriffit bazar ertəsi Ukraynaya səfərindən öncə Moskvaya gedib.

O, atəşkəsə dair vəd almayıb, amma BMT-nin humanitar məsələlər idarəsinin sözçüsü Yens Laerke cümə günü deyib ki, Qriffit bu görüşü uzun prosesin ilk addımı olaraq görürü. Bu arada isə o deyib ki, Qriffit müharibə edən tərəflərin lokallaşdırılmış atəşkəslər üzərində razılıq əldə etmələrini son dərəcə mühüm hesab edir.

Rusiya xarici işlər naziri Sergey Lavrov Martin Griffitlə görüşüb.

“Ən çox məruz qalan Mariupol daxil olmaqla, həmin şəhərlərdə, silahları susdurmaq əsas prioritetdir,” o deyib. “Mülki vətəndaşların ilişb qaldığı şəhərlərdə insanların könüllü olaraq təhlükəsiz yerə, özlərinin seçdikləri yerə getmələrinə və yardımın çatdırılmasına icazə vermək.”

Mariupolun yüz minlərlə sakini Rusiya altı həftə öncə Ukraynaya müdaxilə edəndən bəri mühasirə altındadır. Onlar yaşadıqları şəhər Rusiyanın zərbələri nəticəsində xarabalığa çevrildiyi bir vaxt, yeraltı bunkerlərdə gizlənməyə məcbur olublar.

Laerke deyib ki, Qriffit Ukraynaya səfəri zamanı paytaxt Kyiv ətrafındakı Buça və İrpin şəhərlərində ölüm və dağıntıların şahidi olub. O deyib ki, Buçada kütləvi məzarlığı və onlarla dağıdılmış binanı görən Qriffit oradakı mənzərəni dəhşətli adlandırıb və Rusiya qüvvələrinin törətdiyi iddia edilən vəhşiliklərin araşdırılmasına çağırıb.

Rusiya qoşunları paytaxt Kyivə nəzarəti ala bilməyəcək, geri çəkilinlər. Onlar diqqətini Ukraynanın şərqində Donbas regionunu ələ keçirməyə yönəldiblər. Laerke bildirib ki, BMT rəsmiləri döyüşlərin istiqamətinin Luhansk və Donetskə yönəldiyi bir vaxt, Mariupoldakı vəziyyətin təkrarlanmayacağına ümid edirlər.

“Luhansk və Donetskdə insanlar hələ də zirzəmilərdə gizlənir. Biz gələn həftə ora karvanlar göndərməyi planlaşdırmışır. Əlbəttə ki, bunun olub-olmayacağı oradakı təhlükəsizlik vəziyyyətindən asılıdır. Amma əgər gedə bilsək, karvan hazır olacaq.”

Laerke deyib ki, Qriffit Ukraynanın şərqində rusdilli bölgələrdə baş verə biləcək hadisələrə görə çox narahatdır. Qriffit Ukraynanı tərk edəndən sonra mediaya atəşkəs barədə nikbin olmadığını deyib.